"Neftçi" 0:0-la "Sabah" və "Qarabağ"ı geridə qoydu, çempionluq sevinci yaşadı - VİDEO

20:20 Neftçi 90
"Neftçi" 0:0-la "Sabah" və "Qarabağ"ı geridə qoydu, çempionluq sevinci yaşadı - VİDEO

AFFA U-17 Liqasında mövsümə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 2025/2026 mövsümünün qalibi "Neftçi" olub.

Elvin Məmmədovun baş məşqçisi olduğu "ağ-qaralar" əsas rəqibləri "Sabah" və "Qarabağ"ı geridə qoyaraq çempionluğu rəsmiləşdiriblər.

"Altılıq"da 29 xal toplamış "Neftçi" son turda "Sabah"la 0:0 oynayaraq, kubok və qızıl medallara sahib çıxıb.

Bu, Azərbaycan milli komandasının sabiq futbolçusunun gənc baş məşqçi kimi ilk uğurudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti