Muradına çatmaq üçün "Neftçi"dən “Pafos”a getdi - FOTOLAR

26 May 13:20 Neftçi 1 018
Muradına çatmaq üçün "Neftçi"dən “Pafos”a getdi - FOTOLAR

“Neftçi”nin yetirməsi, kiçik yaşlarından "ağ-qaralar"ın formasını geyinən Murad Məmmədov klubdan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı hücumçu Kipr “Pafos”una keçir. “Neftçi” ona xidmətlərinə görə təşəkkür edib, Avropada uğurlar arzulayıb.

2024/25 mövsümündən "Neftçi"nin əsas komandasında oynayan Murad Məmmədov bu müddət ərzində 41 matça çıxıb, 4 qol vurub.

O, Azərbaycanın U-21 milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə