"Neftçi"nin müdafiəçisi Murad Xaçayev Premyer Liqanın 33-cü turunda "Kəpəz"i məğlub etdikləri (1:0) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
- Mövsümün son oyunu necə keçdi?
- Bir tur öncə istəyimizə çatmışdıq. Amma bu gün də meydana qələbə üçün çıxmışdıq. Və sonda buna nail olduq.
- "Neftçi" mövsümə pis başladı, amma sonluq əla alındı. Nəyi dəyişdiniz?
- Biz onda da meydana pis görünməmişik. Sadəcə hakimlərin səhvi olurdu. Bəzən son saniyələrdə qapımıza penal verilirdi. Şanssızlıq var idi. Boş qapıya düşə bilmədiyimiz anlar olurdu. Bəhanə deyil, amma fakt dediklərimiz olub.
- Razılaşaq ki, Yuri Vernidubun gəlişindən sonra nəticələr qısa müddətdə yaxşılaşdı...
- Əlbəttə. Təzə məşqçi gələndən sonra istər-istəməz dəyişiklik olur. Motivasiya daha güksək oldu. Yeni baş məşqçi kifayət qədər təcrübəli biridir. Bunu hər addımda hiss edirik. 1-2 oyun udandan sonra özgüvən də artdı. Get-gedə hər şey daha yaxşı oldu.
XANOĞLAN İMANOV

