“Bu, mənim xoşuma gəlmir” - Vernidub nədən narazılıq etdi?

12:40 Neftçi 181
“Bu, mənim xoşuma gəlmir” - Vernidub nədən narazılıq etdi?

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycanda işləməkdən məmnundur.

Amma ukraynalı mütəxəssisin şikayətçi olduğu məqamlar da var.

Sportinfo.az xəbər verir ki, Vernidub meydançalardan narazıdır:

“Nəyisə bəyənmədiyimi söyləyə bilmərəm, yeganə problem kimi bəzi klubların süni meydançalarda oynaması xoşuma gəlmir.

Bəzi meydançalarda da otun keyfiyyəti ürəkaçan deyil. Məsələn, bildiyimə görə, “İmişli”nin Qubadakı meydançası pis gündədir.

Amma biz orada hələ oynamamışıq, ona görə də deyə bilmərəm. Amma kənardan izlədilərimə görə, meydança faciəvi vəziyyədədir.

Ona görə də Qurban Qurbanovun tərəfindəyəm! O da bu stadiondan şikayət etmişdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti