“Neftçi”də daha bir legionerin taleyinə aydınlıq gəldi - SON DƏQİQƏ

20:00 Neftçi 862
“Neftçi”də daha bir legionerin taleyinə aydınlıq gəldi - SON DƏQİQƏ

İfeanyi Metyunun “Neftçi”dəki taleyinə aydınlıq gəlib.

Nigeriyalı yarımmüdafiəçi karyerasını ağ-qara formada davam etdirəcək.

28 yaşlı futbolçu ötən ilin sentyabrında paytaxt təmsilçisi ilə 1+1 şərti ilə müqavilə bağlasa da, “+1”in hansı şərtlər altında qüvvəyə minəcəyi barədə məlumat yox idi.

Anlaşma sənədində Metyunun başa çatan mövsümdəki oyun sayı əsas kimi göstərilib.

Yəni futbolçunun meydanda olduğu matç sayı tərəflər arasında nəzərdə tutulan qədər olacaqdısa, daha 1 illik sözləşmə qüvvəyə minəcəkdi.

İfeanyi 2025/26 mövsümündə Premyer Liqada 26, Azərbaycan kubokunda 2 oyunda meydana çıxmaqla “Neftçi”dəki növbəti 1 ilini təmin edib.

Dayaq yarımmüdafiəçisi 28 qarşılaşmada 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənməklə baş məşqçi Yuri Vernidubun rəğbətini qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti