"Xəzər Lənkəran"a söz atdılar: “Böyük oyun” gəldi-gedərdi…”

12 Avqust 2022 14:20 Neftçi 1 170
"Xəzər Lənkəran"a söz atdılar: “Böyük oyun” gəldi-gedərdi…”

“Kəpəz” Azərbaycan Premyer Liqasının 2-ci turunda "Neftçi" ilə keçiriləcək oyun öncəsi paylaşımı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin rəsmi “feysbuk“ səhifəsində keçmiş “Dinamo” – “Neftçi” oyununun biletinin fotosu paylaşılıb və bu sözlər yazıb:

“Böyük oyun” gəldi-gedərdi, tarixi derbi “Neftçi” – “Kəpəz”dir!“.

Qərb klubu bu paylaşımı ilə “Xəzər Lənkəran“a söz atıb. Cənub təmsilçisi 2004-2016-cı illər aralığında “Neftçi“nin əsas rəqibi sayılıb və bu kaomandalar arasında baş tutan qarşılaşmalar “Böyük oyun“ adlanıb.

“Neftçi” – “Kəpəz” oyunu avqustun 14-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti