“Qarabağ” səpələnmişlər səbətində yer alacaq - Onları Avroliqanın II etapında gözləyənlər

11:20 Qarabağ 183
“Qarabağ” səpələnmişlər səbətində yer alacaq - Onları Avroliqanın II etapında gözləyənlər

"Qarabağ"ın Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.

"Köhlən atlar"ın mümkün rəqibləri bunlardır: "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Sankt Qallen" (İsveçrə), "Hammarbü" (İsveç), "Şerif" (Moldova) - "Aluminiy" (Sloveniya) cütünün qalibi, "Dinamo" (Kiyev, Ukrayna) - "Universtatya" (Kluj, Rumıniya) cütünün qalibi, "Hayduk" (Xorvatiya) - "Jilina" (Slovakiya) cütünün qalibi, ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi.

"Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!