“Portuqaliya millisi dünya çempionatındakı favoritimdir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Bursaspor”un 25 yaşlı müdafiəçisı Toral Bayramov dünya çempionatı barədə danışarkən deyib.
O, Kriştianu Ronaldunun kuboku başı üzərinə qaldıracağına inandığını söyləyib. Onun fikrincə, bunun reallaşması asan olmayacaq.
T.Bayramov Türkiyə millisinin Avstraliya ilə ilk oyundakı məğlubiyyətini (0:2) gözlənilməz hesab etdiyini vurğulayıb.
“Bununla belə, qarşıda iki oyun var. Ümid edirəm ki, onlar qrupdan çıxaraq turnirdə daha da irəliləyə bilərlər”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.
portuqaliya millisi mundialda mübarizəyə iyunun 17-də başlayacaq. Komanda ilk matçda Konqo ilə üz-üzə gələcək. Türkiyə yığması isə növbəti görüşünü iyunun 20-də Paraqvaya qarşı keçirəcək.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.

