“Qarabağ” İspanıya klubunun müdafiəçisi ilə razılıq əldə etdi - FOTO

17 İyun 09:20 Qarabağ 1 298
“Qarabağ” İspanıya klubunun müdafiəçisi ilə razılıq əldə etdi - FOTO

“Qarabağ” sol cinah müdafiəsini gücləndirmək üçün "Almeriya"dan (İspaniya) Bruno Lanqanın transferi barədə tam razılıq əldə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı dünyaca tanınmış insayder Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, Ağdam təmsilçisi Mozambik millisinin də üzvü olan 28 yaşlı futbolçu ilə hər bir detalda ortaq məxrəcə gəlib. Yaxın günlərdə keçidlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Portuqaliyanın “Estrela de Amadora” klubunda icarə əsasında çıxış edən mozambikli futbolçu millidə keçirdiyi 38 matçda 2 qola imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama