Bu qurumların əsasında - Media və Yayım Şurası yaradılır

17 İyun 07:20 Gündəm 392
Bu qurumların əsasında - Media və Yayım Şurası yaradılır

Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında yeni qurum yaradılır.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Media və Yayım Şurası olacaq.

Şuranın saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!