"Kəpəz”də açıq qalan suallar - Yeni baş məşqçi kim olacaq?

10:40 Kəpəz 206
"Kəpəz”də açıq qalan suallar - Yeni baş məşqçi kim olacaq?

“Kəpəz” yeni dövrün astanasındadır.

Klubda rəhbərlik dəyişikliyi gözlənilir, yeni baş məşqçi məsələsi isə hələ də açıq qalır.

Premyer Liqada mübarizə aparan digər klublar artıq heyətlərini gücləndirməyə başlayıblar.

Lakin “sarı-göylər”in nə sədr təyinatı rəsmiləşib, nə də komandanın sükanı arxasına keçəcək mütəxəssisin adına aydınlıq gəlib. Bu isə təbii olaraq azarkeşlər arasında narahatlıq yaradır.

Bununla belə, Gəncə futbol ictimaiyyəti ümidini itirmir.

Xüsusilə Mahmud Qurbanovun adı ətrafında yaranan müzakirələr azarkeşlər tərəfindən müsbət qarşılanır.

Doğma şəhərinin yetirməsi olan "Professor"un mümkün qayıdışı bir çoxları tərəfindən yeni başlanğıcın simvolu kimi qiymətləndirilir.

İndi hər kəsin gözləntisi birdir: qərarların tezliklə verilməsi və “Kəpəz”in yeni mövsümə layiq olduğu səviyyədə hazırlaşması.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!