Federasiyada yeni komitə yaradıldı, tanınmış şəxs sədr oldu

17 İyun 08:50 Güləş 450
Federasiyada yeni komitə yaradıldı, tanınmış şəxs sədr oldu

Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsi yaradılıb.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan ilk iclasda Komitənin təşkilati məsələlərinə baxılıb. Qərara əsasən, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov Komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova isə Komitənin katibi seçilib.

Komitənin tərkibində AGF-nin Nümayəndəliklərlə İş şöbəsinin müdiri Elfaq Səfərov, İdman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vahid Məmmədov və sərbəst güləş üzrə milli komandanın məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!