“Rəhbərim haqda yalnız onu deyə bilərəm ki, o, intriqa yaratmağı çox sevir”

17 İyun 00:20 Hadisə 307
“Rəhbərim haqda yalnız onu deyə bilərəm ki, o, intriqa yaratmağı çox sevir”

Ağ Evin dünya çempionatına hazırlıq üzrə işçi qrupunun rəhbəri Endrü Culiani ABŞ Prezidenti Donald Trampın turnir oyunlarını hər an canlı izləməyə gələ biləcəyini açıqlayıb.

Sportinfo.az” xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində danışıb.

Jurnalistin ABŞ liderinin mundial qarşılaşmalarında şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı sualına Culiani maraqlı cavab verib:

“30 ildən çoxdur dostluq etdiyim rəhbərim haqqında yalnız onu deyə bilərəm ki, o, intriqa yaratmağı çox sevir. Ona görə də sadəcə xəbərləri izləyin.

Prezident Trampın olduğu yerdə hər an sürprizlər gözlənilir. Hazırda müxtəlif irimiqyaslı tədbirlərdə iştirak edən və mühüm siyasi məsələlərə diqqət ayıran Trampın iş qrafiki olduqca gərgindir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu