Azərbaycanın qadın millisi FIFA reytinqində gerilədi

02:50 Qadın futbolu 66
Azərbaycanın qadın millisi FIFA reytinqində gerilədi

Azərbaycanın qadınlardan ibarət millisi FIFA reytinqində bir pillə geriləyib.

Sportinfo.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.

Siyahıda İspaniya seçməsi (2105.36) liderdir. ABŞ (2057.92) ikinci, Almaniya (2028.99) üçüncüdür.

Azərbaycan millisi son olaraq dünya çempionatının seçmə mərhələsində Macarıstana uduzub (1:2), Şimali Makedoniyanı (3:1) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!