Dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, mundualın növbəti oyununda Fransa Seneqalla qarşılaşıb.
Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.
Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar. Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.
Fransa – Seneqal 3:1
Qollar: Kilian Mbappe, 66 (1:0), Bredli Barkola, 82 (2:0), İbrahim Mbaye, 90+5 (2:1), Kilian Mbappe, 90+6 (3:1)

