"Qarabağ"ın Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün müəyyənləşib.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.
Püşkün nəticəsinə əsasən, "Qarabağ" - "Vestri" (İslandiya) cütünün qalibi SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.
İkinci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

