Dörd dəqiqə İranla Yeni Zelandiyanı səhv saldı, şərhçilikdən məhrum edildi - VİDEO

15:40 Türkiyə 144
Dörd dəqiqə İranla Yeni Zelandiyanı səhv saldı, şərhçilikdən məhrum edildi - VİDEO

TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən İran – Yeni Zelandiya matçında (2:2) 4 dəqiqə boyunca komandaları səhv salıb.

Sportinfo.az xəbər verir ki, şərhçi iranlıları Yeni Zelandiya, yeni zelandiyalıları İran kimi təqdim edib.

4-cü dəqiqədə o, İran yığmasının ulduzu Mehdi Taremini gördükdən sonra yanlışını anlayıb.

Nəticədə azarkeşlərdən üzr istəyən şərhçi TRT rəhbərliyi tərəfindən cəzalandırılıb. Murat Ekrem Çimen ABŞ-dəki yayım qrupundan kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti