"Komandanın mübarizəsi ilə qürur duyuram" - Millimizin baş məşqçisi

04:30 Basketbol 70
"Komandanın mübarizəsi ilə qürur duyuram" - Millimizin baş məşqçisi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanan komandası ilə qürur duyur.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu barədə "report"a açıqlamasında bildirib.

O, Kosovonun paytaxtı Priştinada keçirilmiş turnirin seçmə mərhələsinin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:

"Mənim vurğulamaq istədiyim yeganə məqam oyunçuların sonadək mübarizə aparmalarıdır. Bunu bacardığımız üçün qürur duyuram. Qızlar möhtəşəm oynadılar".

R.Deliç heyətdə itkinin olduğunu və bu səbəbdən yarışda 3 basketbolçu ilə çıxış etdiklərini söyləyib:

"Qələbələr və məğlubiyyətlər idmanın bir hissəsidir. Əvvəlki turnirlərdəki səhvlərdən dərs çıxardıq. Bir daha demək istəyirəm ki, qızlarla qürur duyuram.

Bəlkə də bəzi insanlar əvəzetmə olmadan 3x3 basketbolda oynamağın nə qədər çətin olduğunu bilmirlər. Amma biz bunu bacardıq. Avropa Kubokunun əsas mərhələsində də yaxşı çıxış etməyə çalışacağıq".

Azərbaycan yığması yarışın final oyununda İrlandiya millisinə 21:20 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!