”Qarabağ” məşhur klubdan dödüncü transferini reallaşdırdı - SON DƏQİQƏ

11:40 Qarabağ 542
”Qarabağ” məşhur klubdan dödüncü transferini reallaşdırdı - SON DƏQİQƏ

Avropa Liqasına hazırlıq görən “Qarabağ” növbəti transfer əməliyyatını bitirib.

Ağdam klubu "Almeriya"dan (İspaniya) Bruno Lanqanı sıralarına qatıb.

Premyer Liqanın vitse-çempionu Mozambik yığmasının da üzvü olan 28 yaşlı müdafiəçi ilə hər bir detalda ortaq məxrəcə gəlib.

Son olaraq Portuqaliyada “Estrela de Amadora”da icarə əsasında çıxış etmiş afrikalı millidə keçirdiyi 38 matçda 2 qola imza atıb. Sol cinah oyunçusunun bu gün Azərbaycana gəlməsi gözlənilir.

O, ”Qarabağ”ın dödüncü yeni transfer idir.

Klub daha öncə Zakaria Savo (son klubu - "Aris", Kipr), Jali Muaddib (“Omoniya Aradippou”, Kipr) və Samuel Lobato (“Portimonense”, Portuqaliya) ilə münasibətlərini rəsmiləşdirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!