DÇ-2026-da ŞOK və bukmeker şübhələri!

DÇ-2026-da ŞOK və bukmeker şübhələri!

Dünya çempionatının H qrupunda İspaniyanın Kabo-Verde ilə qolsuz heç-heçə etməsi futbol dünyasını sarsıdıb.

Bu nəticə turnirin ən böyük sensasiyası olmaqla yanaşı, həm də sosial şəbəkələrdə çox ciddi mübahisələrə və şübhələrə yol açıb.

Sosial şəbəkələrdə azarkeşlər və idman ekspertləri bu hesabın arxasında bukmeker şirkətlərinin dayandığı barədə iddialar irəli sürürlər.

Oyundan əvvəl İspaniyanın qələbəsinə astronomik məbləğdə pullar qoyulmuşdu, "böyük üçlük" hesab edilən "Buğalar"ın xal itirməsi isə inanılmaz dərəcədə yüksək əmsalla qiymətləndirilirdi. İspaniyanın meydana aşkar favorit kimi çıxıb qol vura bilməməsi oyunun "satılması" barədə şübhələri alovlandırıb.

Şübhələri gücləndirən digər əsas amil DÇ-2026-nın yeni formatıdır. İlk dəfə 48 komandanın iştirak etdiyi bu çempionatda qruplardan çıxmaq xeyli asanlaşıb.

Belə ki, hər qrupdan ilk iki yeri tutan yığmalarla yanaşı, ən yaxşı nəticə göstərən səkkiz üçüncü yerin sahibi də növbəti mərhələyə vəsiqə qazanacaq.

İspaniya kimi nəhəng bir komandanın bu rahat formatda qəsdən xal itirdiyi, turnir taleyini təhlükəyə atmadan bukmeker oyunlarına alət olduğu iddia edilir.

Matçın daxilində yaşanan bəzi məqamlar da bu iddiaları vizual olaraq dəstəkləyir.

Xüsusilə ispanların hücumçusu Mikel Oyarzabalın performansı böyük sual doğurub. Hücumçu oyunun ilk 30 dəqiqəsi ərzində topa bir dəfə də olsun toxunmayıb.

Bu göstərici ilə o, 1966-cı ildən bəri dünya çempionatları tarixində ilk yarım saatda top üzü görməyən ilk futbolçu kimi antirekorda imza atıb.

Hücum xəttindəki bu qeyri-adi süstlük idman ictimaiyyətində "İspaniya qəsdən qol vurmaq istəmirdi" rəylərinin yaranmasına səbəb olub.

Afaq Mirayiq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!