Ya "Spartak", ya da onlardan biri - “Zirə” üçün növbəti püşk

14:40 Zirə 234
Ya "Spartak", ya da onlardan biri - “Zirə” üçün növbəti püşk

Bu gün "Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi məlum olacaq.

Sportinfo.az xəbər verir ki, mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Artıq paytaxt təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA məlumat yayıb.

"Zirə" 1-ci təsnifat mərhələsində "Torpedo" (Gürcüstan) səddini aşarsa, növbəti raundda aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək:

AEK (Kipr)

"ÇFR Kluj" (Rumıniya)

"Spartak" (Slovakiya)

"Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi

Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti