40 komanda mübarizə aparacaq - Paytaxtımızda

04:40 Voleybol 60
40 komanda mübarizə aparacaq - Paytaxtımızda

Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik voleybolu üzrə "Queen & King of the Court Mixed" turnirində 40 komanda iştirak edəcək.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.

İyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib. Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.

Dünyanın müxtəlif ölkələrində keçirilən "Queen & King of the Court" turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!