“Qarabağ” növbəti transferini gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.
24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 28 nömrəli formanı geyinəcək.
2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq.
Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.
Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşib.









