Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovu heyətinə qatan “Bursaspor” ulduz futbolçu ilə anlaşıb.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqaya yüksələn bursalılar hücum xəttinə Stefan El Şaravini gətirir.
Geridə qalan mövsümü “Roma”da keçirən İtaliya millisinin sabiq forvardı artıq azad agent statusu daşıyır.
Tərəflər arasında şifahi danışığa start verilib. Keçid reallaşarsa, Toral yeni mövsümdə El Şaravinin komanda yoldaşı olacaq.
T.Bayramov bir neçə gün əvvəl “Qarabağ”dan “Bursaspor”a transfer edilib.

