"Neftçi”nin oyunundan “qan iyi” gəlir - GƏNC QƏDDAR

11 Avqust 2022 16:40 Neftçi 1 873
"Neftçi”nin oyunundan “qan iyi” gəlir - GƏNC QƏDDAR

Bu gün Vyanada baş tutacaq “Rapid” – “Neftçi” görüşünü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın Hakimlər Komitəsi meydanda əsas söz sahibliyini Rohit Saggiyə həvalə edib.

Yan xətlərdə ona Geir İsaksenlə Morten Yensen kömək edəcək. Dördüncü hakim funksiyasını Sivert Oksnes Amland yerinə yetirəcək.

Yekun nəticəsi kifayət qədər önəm daşıyan və artıq indidən “qan iyi” gələn oyuna 30 yaşlı, avrokubok təcrübəsi az olan referinin göndərilməsi böyük sualdır.

Norveçin yüksək dəstəsində 24 yaşında debüt edən Saggi 4 il əvvəl, yəni 26 yaşında FİFA hakimi adına layiq görülüb. Bu müddətdə milli komandalar səviyyəsində 12, avrokuboklarda 11 oyunda meydanda əsas söz sahibi olub.

Lakin 23 oyunun heç birində azərbaycanlılarla rastlaşmayıb. Yalnız 1 dəfə - 2020-ci ilin oktyabrında 21 yaşa qədər futbolçularımız Slovakiyadan olan həmyaşıdları ilə qarşılaşanda, Rohit dördüncü hakim funksiyasını daşıyıb.

Yeri gəlmişkən, o görüşdə iştirak etmiş Mert Çeliklə Ömər Buludov hazırda “Neftçi”nin şərəfini qoruyur.

Səbəbkarla bağlı maraqlı fakt 2020-ci ildə qəddarlaşmasıdır. Adam maydan bu yana Norveç çempionatı və beynəlxalq oyunlar çərçivəsində idarə etdiyi son 8 oyunda 5 futbolçunu meydandan qovub, 35 dəfə sarı vərəqə göstərib.

Bu acı statistikanı və Sagginin avrokubok təcrübəsinin yetərli olmadığını nəzərə alsaq, axşamkı qarşılaşmanın təzyiqinin altından necə çıxacağı sual doğurur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!