"Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik" - Yusif Laval

10 Avqust 2022 22:30 Neftçi 704
"Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik" - Yusif Laval

"Neftçi"nin futbolçusu Yusuf Laval Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Rapid"lə oyunundan öncə keçirilən mətbuat konfrans iştirak edib.

Sportinfo.az xəbər verir ki, nigeriyalı futbolçu Vyana klubuna qarşı oynayacaqları matçın çətin keçəcəyini söyləyib:

"Sabah çətin rəqibə qarşı oynayacağımızı bilirik. Ona görə də bizi çətin oyunun gözlədiyini demək olar. Amma biz növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

​Xatırladaq ki, sabah Vyanada keçiriləcək matç 22:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti