"Neftçi"nin prezidenti burada olmadı, komanda Avstriyaya yola düşdü - FOTOLAR

10 Avqust 2022 09:30 Neftçi 564
"Neftçi"nin prezidenti burada olmadı, komanda Avstriyaya yola düşdü - FOTOLAR

"Neftçi" "Rapid"ə (Vyana) qarşı Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Avstriyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ı paytaxt Vyanaya aparan təyyarə saat 09:10-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Yeni transfer Vato Arveladze də komanda ilə birlikdə səfərə yollanıb. 24 yaşlı gürcüstanlı oyunçu "Rapid"lə qarşılaşmalara sifariş olunmadığı üçün meydana çıxa bilməyəcək.

Klub prezidenti Kamran Quliyev Türkiyədə olduğu üçün oradan özü ayrıca Vyanaya gedərək komandanın düşərgəsinə qoşulacaq.

Avqustun 11-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti