COP29

"Neftçi"ni avrokubokdan kənarlaşdırsalar, hər futbolçuya 8000 avro ödəyəcəklər

10 Avqust 2022 15:00 Neftçi 3 020
"Neftçi"ni avrokubokdan kənarlaşdırsalar, hər futbolçuya 8000 avro ödəyəcəklər

"Neftçi" sabah Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Rapid"in qonağı olacaq.

Avstriya klubu pley-off mərhələsinə vəsiqə qazanmaq üçün futbolçularını stimullaşdırıb.

Amma təyin olunan mükafatın məbləği o qədər də yüksək deyil. Vyanalılar "Neftçi" səddini aşarsa, hər futbolçusuna 8000 avro ödəyəcək.

"Rapid" rəhbərliyi həlledici matça hazırlıqla bağlı kollektivlə görüşüb. Komanda üzvlərinin diqqətinə çatdırılıb ki, qrup mərhələsinə vəsiqə qazanmaq əsas hədəfdir.

Həm "Neftçi", həm də ondan sonra gələcək rəqib üzərində qələbənin klub büdcəsinə və imicinə müsbət təsir göstərəcəyi vurğulanıb.

Avqustun 11-də Vyanadakı "Alyants" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!