Şamaxıda "Neftçi"nin qapıçısının burnunu sındırdılar

8 Avqust 2022 00:40 Neftçi 1 331
Şamaxıda "Neftçi"nin qapıçısının burnunu sındırdılar

"Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının I tur oyununda zədələnən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun burnu sınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.

Rumıniyalı mütəxəssis bildirib ki, 33 yaşlı qolkperin durumuna müayinədən sonra aydınlıq gələcək:

"Oyundan sonra onu gördüm. Burnu şişmişdi. İlkin təəssürat odur ki, sınıb. Çünki yaxşı görünmürdü".

Aqil Məmmədov 63-cü dəqiqədə komanda yoldaşı ilə toqquşmadan sonra zədələnərək, Əlirza Müştəbazadə ilə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti