"Rapid"in kapitanı "Neftçi"yə söz göndərdi: "Buna gücümüz çatar"

7 Avqust 2022 03:20 Neftçi 1 208
"Rapid"in kapitanı "Neftçi"yə söz göndərdi: "Buna gücümüz çatar"

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"in kapitanı Qvido Burqştaller Avstriya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, "Derstandart"a açıqlama verən təcrübəli hücumçu Bakıdakı görüşlə bağlı bunları deyib:

​"İlk yarıda pis oynadıq, öz futbolumuzu göstərmədik. Birinci hissədə çox problemimiz var idi.

Matçın son dəqiqəsində qol vurmağımız bizi sevindirir. Bu, çox vacib idi. Cütün taleyi məsələsi hələ də açıq qalıb.

Evə 0:2 hesablı məğlubiyyətlə qayıtmaq çox üzücü olardı. Öz meydanımızda biz daha yaxşı oynamalıyıq. Buna gücümüz çatar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti