"Neftçi"nin futbolçusu bir neçə gündən sonra evə buraxılacaq

7 Avqust 2022 00:50 Neftçi 1 191
"Neftçi"nin futbolçusu bir neçə gündən sonra evə buraxılacaq

“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının müdafiəçisi Fariz Xeyrullayev əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Uğurlu keçən əməliyyatdan sonra stosionar şəraitdə terapevtik müalicə alan 18 yaşlı futbolçu bir neçə gündən sonra evə buraxılacaq.

Məşq zamanı qolu sınmış Fariz Xeyrullayev sağ bazu sümüyünün cisminin parçalı yerdəyişmiş sınığı diaqnozu ilə hospitala yerləşdirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti