“Forza Neftçi” üstüörtülü mesaj verdi: “Ondan sonra səs-küy salmırıq, bizi üzrlü sayın”

6 Avqust 2022 20:40 Neftçi 1 795
“Forza Neftçi” üstüörtülü mesaj verdi: “Ondan sonra səs-küy salmırıq, bizi üzrlü sayın”

“Neftçi”nin avrokubok matçlarında Bakıda qazandığı qələbələrdə azarkeşlər, xüsusən də “Forza Neftçi”lilər xüsusi pay sahibidir.

90 dəqiqə dayanmadan sevimli komandalarına dəstək vermələri futbolçuları xeyli ruhlandırır, rəqiblərin canına qorxu salır.

“Forza Neftçi”ni əbəs yerə qeyd etmədik. “Ağ-qaralar”ın, ümumiyyətlə, ölkənin ən tanınmış azarkeş qruplarından olan “forzalılar” Premyer Liqanın “Şamaxı” ilə matçından əvvəl paylaşım edərək, sanki kim(lər)əsə üstüörtülü mesaj göndərib:

“Bizi də üzrlü sayın. Ayın 7-si Şamaxıda olan oyuna daha çox əhəmiyyət veririk. Ona görə də "Rapid"ləı qarşılaşmadan sonra səs-küy salmırıq. “Neftçi” olan yerdə bizim üçün həmişə eyni atmosfer olacaq”.

Növbəti paylaşımda isə “Forza Neftçi” Şamaxıya yollanmaq istəyən azarkeşlər üçün elan yerləşdirib.

Premyer Liqanın ilk turu çərçivəsində baş tutacaq “Şamaxı” – “Neftçi” dueli avqustun 7-si, saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!