Təkliflərə "yox" deyib, "Neftçi"də qaldı, amma...

6 Avqust 2022 23:00 Neftçi 2 088
Təkliflərə "yox" deyib, "Neftçi"də qaldı, amma...

Miradbdulla Abbasovun gələcək karyerasına aydınlıq gəlib.

O, ən azı qışa kimi "Neftçi"də qalmağa davam edəcək. Artıq forvardın adı yeni mövsüm üçün Peşəkar Futbol Liqasına göndərilən siyahıda da yer alıb.

Amma o, əsas komanda ilə yox, əvəzedici komandada məşqlərə çıxacaq.

27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısı sabiq baş məşqçi Samir Abasovun istəyi ilə ikinci komandaya göndərilmişdi.

Arxada qalan müddətdə bir neçə klub Mirabdullanı heyətinə qatmaqda maraqlı olsa da bu baş tutmayıb.

Bunun yeganə səbəbi isə onun hazırda "Neftçi"dən yüksək maaş almasıdır.

Pulda güzəşt etməyən milli komandanın sabiq hücumçusu qarşıdakı 6 ayı da "Neftçi-2" ilə Birinci Divizionda gün keçirməyə razı olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"