"Neftçi" əmisini baş məşqçi postuna gətirə bilmədi, qardaşı oğlunu transfer etdi

6 Avqust 2022 13:40 Neftçi 3 052
"Neftçi" əmisini baş məşqçi postuna gətirə bilmədi, qardaşı oğlunu transfer etdi

"Neftçi" daha bir gürcüstanlı futbolçu transfer edib.

Sportinfo.az xəbər verir ki, bu, 24 yaşlı Vaxtanq Arveladzedir.

O, ikinci hücumçu mövqeyində çıxış edir. "Ağ-qaralar" daha əvvəl qonşu ölkədən mərkəz müdafiəçisi Solomon Kvirkveliyanı heyətinə qatıb.

Qısaca "Vaxo" kimi tanınan Vaxtanq Arveladzenin atası Revaz Arveladze Almaniyada - "Homburq"da oynayarkən həmin ölkədə doğulub.

V.Arveladze Türkiyədə "Kasımpaşa"nın ikinci komandasında, Polşada - "Korona"da legioner həyatı yaşayıb.

Onun sonuncu klubu Türkiyənin "Fatih Karagümrük" komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları Vaxtanqın əmiləridir.

Əvvəllər "Neftçi" Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"