“Neftçi” iki yeni transfer üçün yarım milyon dollar ayırdı

6 Avqust 2022 13:00 Neftçi 5 314
“Neftçi” iki yeni transfer üçün yarım milyon dollar ayırdı

Transfer çalışmalarından doymayan “Neftçi” iki legionerlə danışıqlar aparır.

Bakılı rəsmilərin Azərbaycana gətirməyə çalışdığı əcnəbi futbolçulardan biri hücumçu, digəri yarımmüdafiəçidir.

“Ağ-qaralar“ onları razı salmaq üçün təqribən 500 min dollar ayırıb.

Paytaxt təmsilçisi bu yay transfer bazarında kifayət qədər fəaldır.

Lorentsiu Regekampfı baş məşqçi postuna gətirən yönətim Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail), Solomon Kvirkveliya (“Qaqra”, Gürcüstan) və Yeqor Boqomolskini (“Minsk”, Belarus) alıbsa, Mert Çeliki yenidən “İstanbul Başakşəhər”dən icarəyə götürüb.

Sosial şəbəkələrdə yayılan xəbərlərdən belə məlum olur ki, Sezar Meza Kollinin ağır zədədən qayıtmasını gözləməyən idarəçilər alternativ variant olaraq Vato Arveladzeni görür.

Gürcüstan milisinin də üzvü olan yarımmüdafiəçi ilə müqavilə imzalandığı iddia edilir. 24 yaşlı orta sahə oyunçusu son olaraq “Fatih Karagümrük”də forma geyinib.

O, 2020-ci ildən türkiyədə bu klubun uğurları üçün çalışıb. Daha öncə Super Liqada “Kasımpaşa”nın şərəfini qorumuş gürcü öz ölkəsində Tiflis “Lokomotiv”inin, Polşada isə “Korona”nın da uğurları üçün tər töküb.

Gürcüstan yığmasında 2 oyun keçirmiş yarımmüdafiəçi 1 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti