"Neftçi"nin canlı əfsanəsi 10 il əvvələ qayıtdı, bu sözləri yazdı və mesaj göndərdi - VİDEO

7 Avqust 2022 13:00 Neftçi 1 975
"Neftçi"nin canlı əfsanəsi 10 il əvvələ qayıtdı, bu sözləri yazdı və mesaj göndərdi - VİDEO

“Neftçi” azarkeşlərinin hər zaman sevərək xatırladığı futbolçulardan biri də sözsüz ki, Flavinyodur.

Braziliyalı yarımmüdafiəçi 5 il müddətinə oynadığı “ağ qaralar”da qazandığı çempionluqlar, kuboklar və Avropa Lİqasının qrup mərhələsində çıxış etmək kimi böyük uğurla fanatların ürəyində taxt qurmağı bacarmışdı.

Elə o da sayəsində çox şey əldə etdiyi “Neftçi”ni və sevgisini qazandığı fanatları unutmur.

Hazırda braziliyada yaşayan veteran futbolçu zaman-zaman öz sosial şəbəkə hesabından parladığı klubla bağlı paylaşımlar edir.

Sonuncu belə hal komandamızın Konfrans Liqasında “Rapid” üzərində qazandığı qələbədən (2-1) sonra yaşanıb.

Belə ki, 39 yaşlı veteran futbolçu 10 il əvvəl Kiprdə APOEL-lə tarixi matçda vurduğu qolu öz hesabından paylaşaraq bu sözləri yazıb:

“Bu formanı karyeram boyu təmsil etmək şansı qazandığım üçün xoşbəxtəm. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Allah sizləri qorusun. Növbəti tarixi uğura doğru”.

Flavinyo son sözləri ilə bir növ indiki komandanı 10 il əvvəlki uğuru təkrarlamağ çağırıb.

10 il əvvəl APOEL-lə matçda sonuncu qolu Flavinyo vurmuş və "Neftçi" evdə bərabərə qaldığı (1-1) komandanı səfərdə 3:1 məğlub edərək Azərbaycan tarixində ilk dəfə qrup mərhələsinə yüksəlməyi bacarmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"