"Neftçi" yeni aldığı hücumçuya görə 100 min dollarından keçdi

5 Avqust 14:40 Neftçi 1 562
"Neftçi" yeni aldığı hücumçuya görə 100 min dollarından keçdi

"Neftçi"nin son transferi olan Yeqor Boqomolskiyə görə nə qədər xərcə düşdüyü bilinib.

Belaruslu hücumçu ilk mövsümündə Bakı klubunda 100 min dollar qazanacaq.

Onun gələn sezonda əldə edəcəyi pul bu rəqəmin üstünə çıxacaq.

"Ağ-qaralar"ın "Minsk"dən heyətinə qatdığı forvardla bağlı başqa bir iddia da ortaya çıxıb. Belə ki, Almaniyanın məşhur “transfermarkt” portalı “Neftçi”nin Belarus təmsilçisinə 100 min avro ödədəyini açıqlayıb.

Bakılılar 22 yaşlı forvardla 2 illik müqavilə imzalayıb.

Yeqor Boqomolski Belarusun “Dinamo Minsk” (2019), “Dinamo Brest” (2019-2020), “Rux” (2020-2021) və “Minsk” (2021-2022) klublarında çıxış edib,

2019-cu ildə “Dinamo Brest”in heyətində ölkə çempionu olub. Belarusun U-21 yığmasında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti