"Neftçi"nin ilk qolunu vuran: "Oyunun sonu yaxşı bitmədi"

4 Avqust 2022 23:30 Neftçi 672
"Neftçi"nin ilk qolunu vuran: "Oyunun sonu yaxşı bitmədi"

"Oyunun sonu yaxşı bitmədi. Növbəti matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var.

Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Ataa Caber Bakıda "Rapid"ə (Vyana) 2:1 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Matçdakı ilk qolun müəllifi olan israilli yarımmüdafiəçi öz oyununda inkişaf gördüyünü bildirib: "Bu, komanda yoldaşlarımın sayəsində mümkün olur".

28 yaşlı oyunçu sonda azarkeşlərə təşəkkür edib: "Bu gün mükəmməl idilər. Bizə çox dəstək oldular.

İnanıram ki, növbəti görüşlərdə də bizi dəstəkləyəcəklər. Biz də onlara layiq oyun göstərməyə çalışacağıq".

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti