"Rapid"in baş məşqçisi: "Neftçi"nin güclü legionerləri var"

4 Avqust 2022 20:30 Neftçi 765
"Rapid"in baş məşqçisi: "Neftçi"nin güclü legionerləri var"

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer yerli mətbuata açıqlama verib.

Sportinfo.az "Heute"yə istinadən xəbər verir ki, avstriyalı mütəxəssis sabah keçiriləcək matç barədə bunları deyib:

"İlk oyundan əvvəl vaxt fərqinə və rütubət səviyyəsinə diqqət etməmək olmaz. Bütün bunları nəzərə alaraq, yerli vaxta uyğunlaşacağıq.

Rejim prosessimizi də Bakıya uyğunlaşdırılacaq. Oyundan sonra biz dərhal vətənimizə qayıdacağıq. Bizi Bakıda çətin oyun gözləyir.

"Neftçi" "Lexiya"dan (Polşa) çox fərqlənir. Onların güclü legionerləri və doğma meydanda böyük üstünlüyə sahibdirlər.

Biz əqli və fiziki cəhətdən hazır olmalıyıq. Hələ ki, pley-offdakı rəqiblərimzi barədə düşünmürük.

Zədəlilərimizə gəlincə, Patrik Qreyl MRT müayinəsindən keçdi və onda heç bir problem görünmədi. Ona görə bizimlədir. Ferdi Dreyf və Yusuf Demir də komanda ilə məşq edir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti