“Neftçi”dən ayrılan futbolçuya iki zərbə birdən - HAZIRKI DURUM

5 Avqust 2022 23:40 Neftçi 2 357
“Neftçi”dən ayrılan futbolçuya iki zərbə birdən - HAZIRKI DURUM

“Neftçi”dən ayrılan Fəhmin Muradbəyli çarəsiz duruma düşüb.

Karyerasını ölkə xaricində davam etdirməyi qarşısına hədəf qoyan 26 yaşlı yarımmüdafiəçi hələ ki, istəyinə çata bilmir.

Bir müddət öncə Özbəkistan və Yunanıstan klublarından müqavilə təklifi alan, hətta qarşı tərəflə danışıqlara başlayan Muradbəylinin sözləşmə imzalamaq istəyi həyata keçməyib.

Özbəkistan klubu “Nasaf” Fəhminlə yanaşı danışıq apardığı digər futbolçuyla anlaşma əldə etdiyindən, həmyerlimizin xidmətinə ehtiyac duymayıb.

Yunanıstan təmsilçisi “PAS Giannina”ya isə UEFA-dan transferlərə qadağa qoyulması ilə bağlı məktub daxil olduğundan, işbirliyi baş tutmayıb.

İşi daşdan çıxan Fəhmin növbəti təklifləri gözdən keçirir. Bir neçə variant var ki, aralarından ən uyğununu və uğurlu ola biləcəyini seçir.

Fəhmin Muradbəyli karyerası ərzində “Neftçi”, “Səbail” və “Şamaxı”nın şərəfini qoruyub, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti