“Rəqibin oyunçularına fərdi olaraq baxmışam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.
Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir. Turnirdəki təmsilçimiz "Neftçi" də bu gün meydana çıxacaq.
Laurentsiu Regekampfın komandası “Rapid”i qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Salahlı Avstriya klubu ilə qarşılaşma haqda inamlı danışıb:
“Məşqçilər korpusu onlar barədə daha geniş məlumatı hamımıza çatdırıb. İnşallah, istəyimiz bu oyunlarda da yaxşı nəticə qazanıb, mərhələ adlamaqdır.
Bunun üçün bütün bacarığımızı ortaya qoyacağıq. Güclü komanda olduğumuzu “Aris”lə Bakıdakı qarşılaşmada hər kəsə göstərdik.
Yenə azarkeşlərimizin dəstəyi ilə sözümüzü deyəcəyimizə inanırıq”.

