“Neftçi”li müdafiəçi dedi: "Maksimum diqqətli olmalıyıq"

3 Avqust 2022 18:10 Neftçi 857
“Neftçi”li müdafiəçi dedi: "Maksimum diqqətli olmalıyıq"

"Neftçi" Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" klubunu qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "ağ-qaralar"ın müdafiəçisi Azər Salahlı açıqlama verib:

- Sabah bizi ağır oyun gözləyir. Təcrübəli və yaxşı komandaya qarşı oynayacağıq. Maksimum diqqətli olmalıyıq. Yaxşı oyun göstərərək qalib gəlib, ikinci oyuna üstün yollanmaq istəyirik.

- Komandadakı ab-hava necədi?

- Çox yaxşıdı. Çünki "Aris"lə matçda yaxşı qələbə qazandıq. Artıq həmin oyun geridə qaldı, tarix oldu. Bütün gücümüzü sabahkı oyuna yönəltmişik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti