“Neftçi”nin təklifi onu pərt etdi və “yox“ cavabı verdi

3 Avqust 2022 13:00 Neftçi 2 760
“Neftçi”nin təklifi onu pərt etdi və “yox“ cavabı verdi

“Neftçi”nin Sezar Meza Kolli ilə bağlı yeni planı baş tutmayıb.

Bu haqda Sportinfo.az-a paytaxt təmsilçisindən daha bir yeni məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, paraqvaylı legioner gələn ilin yayında bitəcək müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaq təklifini geri çevirib.

Komandanın Bolu toplanışında ağır zədə alan yarımmüdafiəçisi iyulun 17-də əməliyyat olunub. Onun vətəni Paraqvayda baş tutan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.

Həkimlərin rəyinə görə, cənubi amerikalı 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Sezar belə bir vaxtda “Neftçi“nin onunla əməkdlaşlığa son vermək niyyətinə düşməsini böyük məsyusluqla qarşılayıb.

Təklifdən şoka düşən orta sahə oyunçusu qarşı tərəfə “mən indi sizdən dəstək gözləyirdim, bunu yox“ xəbəri göndərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti