“Neftçi”də növbəti ayrılıq yaşana bilər.
Bu haqda Sportinfo.az-a paytaxt təmsilçisindən yeni məlumat daxil olub.
Redaksiyamıza verilən informasiyaya görə, Sezar Meza Kolliyə gələn ilin yayında bitəcək müqaviləni qarşılıqlı razılaşma əsasında pozmaq təklif edilib.
Komandanın Bolu toplanışında ağır zədə alan yarımmüdafiəçisi iyulun 17-də əməliyyat olunub.
Onun vətəni Paraqvayda baş tutan xaçabənzər diz bağının əməliyyatı uğurlu keçib.
Həkimlərin rəyinə görə, cənubi amerikalı 5-6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

