“Neftçi”nin 5 yeni legioneri haqda 5 cümləlik rəy verdi

2 Avqust 2022 21:20 Neftçi 2 593
“Neftçi”nin 5 yeni legioneri haqda 5 cümləlik rəy verdi

“Düşünürəm ki, komandaya uyğunlaşdıqca, daha da faydalı ola biləcəklər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.

Paytaxt klubunda ikinci mövsümünü keçirən arxa xətt oyunçusu yeni transferlər haqda fikirlərini bildirib.

“Ağ-qaralar” bu yay 5 əcnəbi futbolçunu sıralarına qatıb. Bunlar Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail), Solomon Kvirkveliya (“Qaqra”, Gürcüstan) və Yeqor Boqomolskidır (“Minsk”, Belarus).

Adlarını çəkdiyimiz legionerlər artıq rəsmi debüt ediblər. Onlardam Donyo və Sayef “Aris”lə Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qol hesabını açıb.

A.Salahlı deyib:

“Kipr klubuna vurduğumuz 3 qoldan ikisinin müəllifi yeni transferləmiz oldu. Bu da önəmlidir.

Onlar oyundan oyuna öz formalarını bərpa edəcəklər. İnanıram ki, “Neftçi”yə köməkləri dəyəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti