"Neftçi" üçün norveçlilər

2 Avqust 2022 17:20 Neftçi 708
"Neftçi" üçün norveçlilər

Konfrans Liqasının III təsnifat mərhələsinin "Rapid" (Avstriya) – "Neftçi" matçının hakimləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rohit Saqqi olacaq. Ona Qeyr İsaksen, Morten Yensen laynsman kimi, Sivert Öksnes Amland dördüncü hakim kimi kömək edəcək.

Avqustun 11-də Avstriyanın paytaxtı Vyananın "Vestştadion" arenasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti