"Neftçi" "Rapid"i keçsə, növbəti rəqibi kim olacaq? - PÜŞKATMA

2 Avqust 2022 11:20 Neftçi 1 559
"Neftçi" "Rapid"i keçsə, növbəti rəqibi kim olacaq? - PÜŞKATMA

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi"nin də rəqibi bəlli olacaq.

"Ağ-qaralar" III təsnifat mərhələsində "Rapid"i (Vyana) üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Potensial rəqiblər isə Fransanın "Nitsa" komandası, "Hayduk" (Split, Xorvatiya) / "Vitoriya" (Portuqaliya) cütünün qalibi, "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi və "Vikinq" (Norveç) / "Sliqo Rovers" (İrlandiya) cütünün qalibi olacaq.

Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!