"Neftçi"nin kassası – Satış necə gedir?

2 Avqust 2022 00:30 Neftçi 1 236
"Neftçi"nin kassası – Satış necə gedir?

"Neftçi"nin Bakıda "Rapid"ə (Vyana) qarşı keçirəcəyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti 2 AZN (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 AZN (3B) və 10 AZN (VİP, 3A) təşkil edir.

Biletlərin satışı “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. İndiyədək təqribən 2200 bilet satılıb.

Avqustun 4-də "Bakcell Arena"da baş tutacaq "Neftçi" - "Rapid" matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Vyanada olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti