"Neftçi" 4 avqust "Rapid"lə Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçına çıxacaq.
Bakıda rəqibini qəbul edəcək "ağ qaralar" bir həftə sonra cavab matçı üçün Vyanaya yola düşəcək.
İlk matçla cavab matçı arasında isə bakılıların Şamaxı səfəri var. Belə ki, Azərbaycan Premyer Liqasının birinci turu çərçivəsində komanda "Şamaxı" ilə səfərdə üz-üzə gəlməlidir.
Avstriya səfəri öncəsi əlavə yol yorğunluğu olmaması üçün "Neftçi" rəsmiləri qarşı tərəfə oyunun yerinin dəyişdirilməsi barədə müraciət ünvanlayıb.
Amma bölgə klubu bu müraciətə "yox" cavabı verib.
XANOĞLAN / SPORTİNFO.AZ

