Bu komandalar "Neftçi"nin potensial rəqibi oldu - Konfrans Liqasında

1 Avqust 2022 16:20 Neftçi 2 089
Bu komandalar "Neftçi"nin potensial rəqibi oldu - Konfrans Liqasında

Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasından əvvəl "Neftçi"nin potensial rəqiblərinin sayında azalma baş verib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" III təsnifat mərhələsində "Rapid"i (Vyana) üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Potensial rəqiblər isə Fransa "Nitsa"sı, "Hayduk" (Split, Xorvatiya) / "Vitoriya" (Portuqaliya) cütünün qalibi, "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi və "Vikinq" (Norveç) / "Sliqo Rovers" (İrlandiya) cütünün qalibi olacaq.

Pley-off mərhələsinin püşkü avqustun 2-də Bakı vaxtı ilə saat 16:00-da atılacaq. 18 avqustda pley-off mərhələsinin ilk oyunu, 25 avqustda isə cavab matçı keçiriləcək.

"Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti